 |
Mikropiqmentasiya
İnsanın estetik görünüşünü yaxşılaşdırmaq üçün üz cizgilərinin düzəldiməsinə ehtiyac var. Tibbi mikropiqmentasiyada qaş, göz çevrəsi,dodaqın təkrar piqmentasiyası, pis düzəldilmiş daimi istifadə olunan kosmetikanın kamuflyajı və yenidən düzəldilməsi, dəri üzərinləki piqmentlərin dəyişikliyi olan nahiyələrin kamuflyajı, lokal alopesiya nahiyələrinin kamuflyajı kimi prosedurlarina çox böyük ehtiyac duyulur.
Dərinin təbii görünüşünə çox yaxın rənglərdə olan biouyğun boyalar 3-8 il boyunca dəri içində qalır, müəyyən səviyyələrə, təbii dəri görünüşə uyğun bir dizayn ilə daxil edilə bilərlər.
Yenilik olaraq mərkəzimizdə mikropiqmentasiyadan qabaq nisbətən tez-tez uçuğun meydana gəlmə riskinə qarşı yumşaq lazer ilə müalicə olunan nahiyənin rezistentliyi gücləndirilir.
Mikropiqmentasiya prosedurunda işlənən iynələr bir dəfə istifadə edilir və xəstələr arasında infeksiyanın yayılması riski yoxdur. Son dərəcə az vibrasiyalı cihazlarla aparıldığı üçün prosedur əsnasında ağrı, prosedurdan sonra şişmə və qabıqlanma minimum səviyyədə olur.
Tibbi mikropiqmentasiyada tərkibində metal olmayan biouyğün boyalardan istifadə olunur. İnsanı infeksiyalı xəstəliklərə qarşı gigiyenik tərəfdən qoruyan «disposable» iynələr ilə prosedur aparılır. İstifadə edilən cihazların tezliyi çox yüksək olduğundan dolayı homogen dərinlikdə və idarə edilə bilən səviyyələrdə boya dərinin dərinliklərinə yeridilir, cihazlarımızın vibrasiyası son dərəcə az olduğu üçün istifadə olunan biouyğun metalsız boyalarla prosedurdan sonra rəng dəyişmələri görünmür.
|
|
|
 |